Türkiyə Gürcüstandan idxal olunan bəzi məhsullara tətbiq etdiyi kvotanı ləğv edib

Gürcüstan istehsalçıları Türkiyəyə ixrac etdikləri məhsulların həcmini 20 faiz artıracaq.

Bu barədə razılıq bu gün, Ankarada Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi arasında keçirilən görüşdə əldə olunub.

Görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması barədə razılıq əldə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.

Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib. (report)

21.02.2018 21:10 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo