Hollandiyada baş verən yanğında 13 nəfər xəsarət alıb

Hollandiyanın Rotterdam şəhərindəki Gənclər Mərkəzinin binasında baş verən yanğında 13 nəfər xəsarət alıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, 11 nəfər xəstəxanaya tüstüdən zəhərlənmə ilə çatdırılıb.

Yanğının beşmərtəbəli binanın üçüncü mərtəbəsində olan şkafda başladığı və birinci mərtəbəyə qədər yayıldığı bildirilir.

Yanğınsöndürənlər yanğının qarşısını qısa zamanda alsa da, binanı tüstü bürüyüb. Polis yanğının başvermə səbəblərini aydınlaşdırır.

Məlumata görə, binada psixoloji problemləri olan insanların yaşadığı Gənclik Mərkəzi yerləşir.

21.02.2018 20:37 / Baxılıb: 157 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo