Türkiyə tankçı olmadan idarə edilən tank hazırlayacaq

“Biz tankçı olmadan idarə edilən tank istehsal edəcəyik. Bunu etməyimiz vacibdir”.

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin gələcək inkişafına dair proqramın təqdimat mərasimində bildirib.

O vurğulayıb ki, ölkəsinin hərbi və müdafiə sənayesi sürətlə inkişaf edir: “Qürurla danışa və öyünə biləcəyimiz sahələrdən biri də hərbi və  müdafiə sənaye sahələrimizdir. Əvvəllər bir Pilotsuz Uçan Aparatımız düşəndə narahat olurduq. İndi biri olmazsa, ikinci, üçüncü və s. var. Bu yaxınlarda bizim bir hərbi helikopterimiz qəzaya uğradı. Biz helikopterə görə deyil, orada şəhid olan pilotlarımıza görə narahat olduq".

21.02.2018 19:28 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo