YAP imzatoplama kampaniyasını yekunlaşdırıb

Samir Soltanov/AZADİNFORM. İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün Yeni Azərbaycan Partiyasının (YAP) yerli strukturları tərəfindən həyata keçirilmiş imzatoplama kampaniyası başa çatıb. 

YAP-dan Azadinform-a verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. Partiya isə mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. İcra Katibliyində toplanmış imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.  

Qeyd edək ki, YAP-ın bu il fevralın 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

21.02.2018 15:25 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo