Anjey Kaspşik: Təmas xəttində gərginliyi və itkiləri azaldan istənilən tədbiri dəstəkləyirəm

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Krakov görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları bəyanatda bildirdilər ki, nazirlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatının genişləndirilməsini nəzərdə tutan sənədin tətbiq edilməsinə razılıq verib.

Azadinform xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu məsələ ilə bağlı news.am saytının suallarını cavablandırıb:


- Bu işin tamamlanmasını və praktiki addımların atılmasını nə zaman görə bilərik?


- Mandatın genişləndirilməsi məsələsini Azərbaycan və Ermənistan prezidentləri 2016-cı ildə baş tutan Vyana və Sankt-Peterburq görüşlərində qəbul ediblər. Mənim mandatım tərəflərə etimad quruculuğunda dəstək verməkdir. Mən prezidentlərin qərarını alqışlayıram və bu təşəbbüsü konstruktiv yolla irəliyə doğru aparmaq üçün ATƏT sədri, həmsədrlər və münaqişə tərəfləri ilə davamlı əlaqədəyəm.


- Genişləndirilmiş komandada neçə nəfərin olması nəzərdə tutulub? Onların funksiyası dəyişəcəkmi?


- Genişləndirilmiş komandaya çoxlu sayda beynəlxalq heyət üzvləri qatılacaq. Həmin şəxslər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırkı köməkçilərinin etdiyi tapşırıqları yerinə yetirəcəklər.


- Monitorinqin keçirilmə tezliklərində və müddətində dəyişiklik olacaq?


- Əlavə heyətin olması ofisə monitorinqlərin sayında artım olması üçün potensial verəcək.


- Sizcə, ofisin genişləndirilməsi stabilliyin qorunmasına kömək edəcək?


- Bunu etimad quruculuğu tədbiri kimi nəzərə almaq lazımdır, hansı ki, təmas xəttində gərginliyin azalmasına, stabilliyin artmasına kömək edəcək. Təmas xəttində gərginliyi və itkiləri azaldan istənilən tədbiri dəstəkləyirəm.

21.02.2018 12:50 / Baxılıb: 284 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo