ASAN xidmətdə Leyli və Məcnun operasının 110 illiyi qeyd olunub - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. "ASAN xidmət" dahi bəstəkar Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operasının - “Leyli və Məcnun”un tamaşaya qoyulmasının 110 illik yubileyini özünəməxsus şəkildə qeyd edib.

ASAN-dan Azadinform-a verilən məlumata görə, Xalq artisti, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov, Xalq artistimiz Gülyaz Məmmədova “ASAN xidmət”də nikahı qeydə alınan cütlüyü təbrik ediblər. Belə ki, sənətçilər Məcnun və Leyli obrazında operadan kiçik bir parça canlı ifa edərək cütlüyə xeyir – dua veriblər.

Əsrdən-əsrə gələn sevgi adı altında maraqlı görüntülər qeydə alınıb və sosial şəbəkələrdə insanların marağına səbəb olub. 


21.02.2018 10:35 / Baxılıb: 291 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
13.12.2018
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo