Yağışa görə bu yollarda sürət həddi endirildi

Adəm Abbaslı/AZADİNFORM. Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, eyni zamanda, elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

21.02.2018 09:40 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo