Portuqaliyalı futbolçu adam oğurluğunda ittiham edilir

“Vilyareal”ın 23 yaşlı futbolçusu Ruben Semedu adı açıqlanmayan bir şəxsə hücum etmək və xəsarət yetirməkdə ittiham olunur.

Azadinform xəbər verir ki, polisə şikayət edən bir nəfər fevralın 12-də Semedu və daha 2 şəxsin onu qaçırdığını bildirib.

Onun sözlərinə görə portuqaliyalı futbolçunun evində əli-qolu bağlı saxlanılıb. Şikayətçi cibindən evinin açarının götürüldüyünü və qarət olunduğunu da qeyd edib.

Polis artıq Semedunun evində axtarış aparıb.

Qeyd edək ki, Portuqaliyanın 21 yaşlılardan ibarət milli komandasının sabiq üzvü dekabr ayında gecə klubunda xuliqanlıq etdiyinə görə cəzalandırılmışdı.


20.02.2018 23:48 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo