Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb

Suriya silahlıları Türkiyə ordusu artilleriyasının yaylım atəşindən sonra Afrindən geri çəkiliblər.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu gün axşam onlarla avtomobilin Afrin istiqamətində hərəkət etməsi qeydə alınıb. Lakin sonra artilleriya atəşi başlayıb və onlar qayıtmağa məcbur ediliblər", - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, hər şey bununla başa çatıb.

"Dünən biz cənab Vladimir Putinlə və cənab Həsən Ruhani ilə danışıqlar aparmışıq. Bu məsələdə razılaşmamız var. Təəssüf ki, bəzi terror qruplaşmaları hərdən qeyri-düzgün qərarlar qəbul edirlər. Bu, yolverilməzdir və onlar bütün bunlara görə cavab verirlər", - deyə o əlavə edib. 

20.02.2018 22:17 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo