İranda təyyarə qəzası qurbanlarının 30-nun cəsədi tapılıb

İranda xilasedicilər təyyarə qəzası qurbanlarının 30-nun cəsədini aşkar ediblər.

Azadinform-un məlumatına görə, bu barədə "Press TV" xəbər verib.

Bildirilir ki, pis hava şəraiti səbəbindən cəsədlərin daşınmasına yalnız çərşənbə günü başlanılacaq.

Həlak olanların cəsədlərinin çıxarılması işləri 4,500 metr yüksəklikdə aparılır. Qar örtüyünün hündürlüyü təxminən 2 metr təşkil etdiyindən xilasedicilər çətinlik çəkirlər. Qəza yerində 100-dən çox xilasedici işləyir, axtarışa həmçinin 7 vertolyot cəlb edilib.

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub.  

20.02.2018 22:05 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo