Poroşenko Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.  

Azadinform-un xəbərinə görə, sənəd rəsmi nəşr hesab olunan “Qolos Ukrainı” qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.  

Sənədin imzalanması zamanı P.Poroşenko bildirib ki, qanun Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün  hüquqi mexanizmi təmin edəcək. P.Poroşenko müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi, habelə birləşmiş qüvvələrin komandanı vəzifəsinə namizədə dair təklifləri aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.   

Qeyd edək ki, Ali Rada  Donbasın reinteqrasiyası haqqında qanunu yanvarın 18-də qəbul edib.

Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş  adlandırılıb.

Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib. Bu ölkənin şərqində müharibə elan edilmədən ordudan istifadəni qanuniləşdirəcək.  Deputatlar qanunun hələ birinci oxunuşunda Minsk razılaşmalarının prioritetliyinə dair bəndi ləğv ediblər. 

20.02.2018 21:48 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo