Polşada hərbi poliqonda iki nəfər ölüb

Polşanın qərbində yerləşən Dravsk-Pomorsk şəhərindəki hərbi poliqonda iki nəfərin meyiti aşkar edilib.

Azadinform "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərbi jandarmeriyanın təmsilçisi Daniel Kovalçik jurnalistlərə bildirib.

“Poliqon ərazisində ölüm hadisəsi baş verib. İki nəfər ölüb. Onlar mülki şəxslərdir”, -  o deyib.

Jandarmeriya təmsilçisi onların ölüm səbəbi barədə məlumat verməyib.

“Səhər 9-10 radələrində poliqon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb”, - yerli radio xəbər verib.

Avtomobilin hansı - mülki, ya hərbi maşınla toqquşması barədə məlumat yayılmayıb. 

20.02.2018 21:09 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo