Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

Ötən il Rusiya əhalisinin sayı 77 400 nəfər və ya 0,05% artaraq 146,9 mln. nəfər təşkil edib. 

Azadinform Rusiya Statistika Komitəsinin ("Rosstat") illik hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə ölkə əhalisi 259 700, 2015-ci ildə isə 277 400 nəfər artıb.

Hesabatda bildirilir ki, Rusiya əhalisinin təbii azalması 2017-ci ildə 134 400 nəfər təşkil edib. Bu göstərici 2016-cı ildə 5 400, 2015-ci ildə isə 32 700 nəfər artım göstərib.

Miqrasiya Rusiya əhalisinin təbii azalmasını 57,6% üstələyib. 2017-ci ildə Rusiyaya 212 000, 2016-cı ildə 262 000, 2015-ci ildə isə 246 000 insan köçüb.

20.02.2018 20:37 / Baxılıb: 164 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo