Nazirliyin istiqrazlarına tələb təklifi 2,5 dəfə üstələyib

AZADİNFORM. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104002685 ISIN-li, 35 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azadinform BFB-yə istinadən xəbər verir ki, hərraca 23 investor qiyməti 87,7784 manat (13,9999%) və 93,0588 manat (7,5%) olan 37 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,6301 manat (8,0001%), orta ölçülmüş qiyməti 92,698 manat (7,9205%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165 189 900 manat, yerləşdirilmiş məbləği isə 35 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 19 fevral 2019-cu ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

20.02.2018 19:45 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo