Bakı Fond Birjasının dövriyyəsi 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi dəyəri 2 049 064 328 manat təşkil edib.

Azadinform BFB-yə istinadən xəbər verir ki, bu, illik müqayisədə 94,45% çoxdur.

Bu müddətdə bağlanmış əqdlərin sayı isə 73,04% artaraq 9 152-yə çatıb.

BFB-nin dövriyyəsinin 47,1%-i və yaxud 965 803 079 manatı törəmə maliyyə alətlərinin payına düşüb. Hesabata əsasən, törəmə alətlər bazarı illik müqayisədə 2,6 dəfə artıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 25,7 dəfə artaraq 1 022 675 252 manata çatıb, səhm bazarı üzrə əqdlərin dəyəri 26,6 dəfə azalaraq 22 566 132 manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 36,7% azalaraq 26 077 436 manata enib. Ötən ay repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 11 942 431 manat təşkil edib.

20.02.2018 19:06 / Baxılıb: 157 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo