Milli Qəhrəmanların Prezident təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Azadinform xəbər verir ki, fərmanda qeyd edilir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilsin. 
“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 7, maddə 594; 2008, 5, maddə 373; 2013, 8, maddə 897; 2016, 10, maddə 1627) 1-ci hissəsində “1300 (min üç yüz)” sözləri “1500 (min beş yüz)” sözləri ilə əvəz edilir. 
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

20.02.2018 18:50 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo