Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN-dən Azadinform-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparıldı və əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. 

Avropa İttifaqı və Azərbaycan arasında enerji sektoru ilə bərabər, təhlükəsizlik və nəqliyyat sahəsində dialoq mexanizminin yaradılması əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirildi. Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlara toxundular. 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbəti məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirdi. 
Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd etdi və Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını dedi.  
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

20.02.2018 18:03 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo