Ziyafət Əsgərov: Kifayət qədər beynəlxalq təşkilat prezident seçkilərini izləyəcək

“Azərbaycanda seçki ilə bağlı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir”. 

Məlumata görə, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. 
“Ümumilikdə, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir. Buna görə heç kim narahat olmamalıdır”, - deyə o vurğulayıb.  
Z. Əsgərov Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək beynəlxalq təşkilatların müşahidə missiyaları ilə bağlı sualı da cavablandırıb: “Azərbaycan parlamenti tərəfindən artıq bütün parlament təşkilatlarını prezident seçkilərini müşahidə etmək üçün müraciətlər göndərilib. Eyni zamanda digər dövlət orqanlarımız, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası tərəfindən qeyri-parlament təşkilatlarına müraciətlər göndərilib və onların ilkin razılığı alınıb. Hesab edirəm ki, kifayət qədər beynəlxalq təşkilat prezident seçkilərini izləyəcək. Onların iştirakı ilə bağlı heç bir problem görmürəm”. (apa)

20.02.2018 17:32 / Baxılıb: 215 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo