Hesablama Palatasında 4 ölkənin nümayəndə heyətinin iştirakı ilə seminar keçirilir

Adəm Abbaslı/AZADİNFORM. Hesablama Palatasında “Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin  əhəmiyyəti” mövzusunda seminar keçirilir.

Azadinform-un məlumatına görə, 2017-ci il sentyabr ayının 5-6-da Bakı şəhərində keçirilmiş MDB üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII  sessiyasında qəbul olunmuş İş Planına əsasən Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək seminarda Rusiyanın Hesablama Palatasının, Belarusun Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın Respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər. 

Tədbirdə iştirakçı qurumların nümayəndə heyətlərinin mövzu üzrə məruzələri dinlənilib. 

Seminarın ilk gününün moderatoru, Hesablama Palatasının İcmal-analitik şöbəsinin müdiri Vəfa Mütəllimova təmsil etdiyi qurumun iş təcrübəsindən danışıb, Palatanın illik fəaliyyəti üzrə əsas göstəricilərin hər il tərtib edilən, ölkənin Milli Məclisinə və ictimaiyyətə təqdim olunan Hesabatda əks olunduğunu qeyd edib, öz fəaliyyətinin nəticələrini qiymətləndirmək üçün tətbiq edilən fəaliyyət göstəricilərinin hesablanması və məqsədi barədə ətraflı məlumat verib.

Məruzələr ətrafında müzakirələrdə iştirakçılar təmsil etdikləri ölkənin ali audit qurumunun  fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi təcrübəsini bölüşüblər.

Qeyd edək ki, seminar fevral ayının 21-də Azərbaycan və Rusiya Hesablama Palatası arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Tibbi Sığorta Federal Fondunun vəsaitləri hesabına  sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də Rusiyanın Pensiya Fondunun və Sosial Sığorta Fondunun vəsaitləri hesabına sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi sahəsində təcrübənin öyrənilməsi məsələləri ilə öz işini davam etdirəcək.

20.02.2018 16:57 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo