Binəqədidə əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb - FOTO

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 12-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb.

Binəqədi RİH-dən Azadinform-a verilən məlumata görə, komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb ediliblər. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiya aktiv formada həyata keçirilir. 

Binəqədi rayonunda yerləşən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Binəqədi RİH sakinlərin hər birini sağlamlığını qorumaq naminə bu aksiyadan yararlanmağa dəvət edir.

20.02.2018 14:40 / Baxılıb: 392 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo