Əfv Məsələləri Komissiyası növbəti dəfə toplanacaq

Samir Soltanov/AZADİNFORM. Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Azadinform xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq. 
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 300-dən artıq müraciətə baxıb. Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

20.02.2018 14:20 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo