Qızıl adamın geyimi Azərbaycana gətiriləcək

 

Samir Soltanov/AZADİNFORM. Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin nümunəsi olan “Qızıl adam”ın geyimi gətiriləcək. 

 

Milli Azərbaycan Tarixi Muzeyindən Azadinform-a verilən məlumata görə, Qazaxstan Respublikası Milli Muzeyi ilə olunmuş razılaşmaya əsasən, 2018-ci ilin may-iyun aylarında Bakıda “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” adlı sərgi keçiriləcək. 

Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin 140-a yaxın nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi gətiriləcək: “Qazaxıstan Respublikasının simvollarından biri “Qızıl adam” adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentləri aşkar olunub. 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar edib ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib”.

20.02.2018 14:10 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo