Ermənistanda İlham Əliyevin Yerevanı götürəcəyinə inanırlar

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistan prezidenti Serj Sarkisyanın Münhen Təhlükəsizlik Konfransına qatılması aprel döyüşlərindən sonra Almaniyaya qaçmasına çox oxşadı.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, Sarkisyan Azərbaycanın aprel döyüşlərində qələbəsini Ermənistan silahlarının sovet istehsalı olması ilə əlaqələndirdi: “Azərbaycan səni qoymur silah alasan?”.

Politoloq vurğulayıb ki, Sarkisyan indi də Münhendə bəzi açıqlamalar verdi. Sarkisyan dedi ki, əgər Avropa prezident İlham Əliyevin Yerevanla bağlı bəyanatına reaksiya verməsə bunun nəticəsində ciddi fəsad olacaq.

Politoloqun fikrincə, bu o deməkdir ki, Ermənistanda İlham Əliyevin Yerevanı götürəcəyinə inanırlar, Avropadan kömək istəyir.

Politoloq əlavə edib ki, Sarkisyan bildi ki, prezident İlham Əliyev seçkiyə görə Münhenə getməyəcək, ona görə tez Münhenə qaçdı: “Sarkisyanın daha bir bəyanatı Dağlıq Qarabağ azərbaycanlılarının Qarabağa qayıtması ilə bağlıdır. Sarkisyan 2008-ci ildən sonra ilk dəfə idi ki, bunu vurğuladı”.

Politoloq deyib ki, Dağlıq Qarabağda 20 əsgər döyüş şəraitində ölüb, 38 əsgər isə qeyri-döyüş şəraitində ölüb. Bu o deməkdir ki, biz öldürdüyümüzdən çox, ermənilər bir-birini  öldürüb: “Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələyə ciddi yanaşmalıdır. Ermənilərə deməlidirlər ki, qoşunlarını işğal edilmiş ərazilərdən çıxarsınlar. Daha Qarabağdan Ermənistana meyit daşımasınlar".

20.02.2018 13:10 / Baxılıb: 166 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo