Politoloq: Bu dövlətlər İrana fayda verəsi vəziyyətdə deyil

Leyla Məhərrəmova / AZADİNFORM. İranın Azərbaycana, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə münasibətində müsbət dəyişiklik var. Bu yaxın zamanlarda özünü göstərəcək.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, İranın Ali rəhbəri bildirib ki, ölkəsi milli-dini yaxınlığı olan qoşunları ilə münasibətləri möhkəmləndirməlidir. İranın milli yaxınlığı olan ölkələr Əfqanıstan və Tacikistandır: “Lakin bu dövlətlər İrana fayda verəsi vəziyyətdə deyil. İran bu ölkələrə girsə, vəsait yatırmalıdır. Dini cəhətdən isə İrana yaxın İraq və Azərbaycandır. İran İraqa da daxil olsa, ora da sərmayə qoymalıdır”.

Politoloq vurğulayıb ki, bu baxımdan İran üçün bu 4 dövlətdən ən faydalısı Azərbaycandır. Azərbaycan İranın Avropaya çıxışını təmin edib. M. Əhmədoğlu əlavə edib ki, Azərbaycan Rəşt-Astara dəmiryolunun tikintisinə sərmayə yatırıb.

Politoloq vurğulayıb ki, kaş ali rəhbər bir neçə il əvvəl prezident Mahmud Əhməd Nejatın ağzına şillə vurardı: “Əhməd Nejat Ermənistan üçün maliyyə vəsaiti ayırmışdı. Lakin İran üzərində sanksiyalar olduğu üçün banklar Ermənistana bu vəsaiti verə bilmədi. Əhməd Nejat isə razılaşdı ki, ermənilər həmin vəsaiti kisələrdə daşısınlar”. Politoloq hesab edir ki, vaxtı ilə ali rəhbər bunun qarşısını alsaydı, İranda indi iğtişaşlar olmazdı.

M. Əhmədoğlu əlavə edib ki, İran mediasının yaydığı məlumata görə sabah İranın müdafiə naziri səfərə gəlir. Politoloq hesab edir ki, Azərbaycanın Arazboyu işğal edilmiş ərazilərinin təhlükəsizliyi ilə bağlı yeni yanaşma ortaya qoyula bilər.

M. Əhmədoğlu vurğulayıb ki, İranla Ermənistan arasında ciddi gərginlik var. Bu il Ermənistan İran İslam İnqilabının 39-cu ildönümü ilə bağlı İrana təbrik məktubu göndərmədi. Rusiya və ABŞ Ermənistana təzyiq edir ki, İrana olan münasibətlərini dəyişsin".

20.02.2018 13:01 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo