Ermənistanın geosiyasi müttəfiqi yoxdur, dünya erməniliyi zəifləyib

Leyla Məhərrəmova / AZADİNFORM. 1988-ci ilin bu günündə DQMV-nin İcraiyyə Komitəsi Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə keçməsinə dair qərar qəbul etdi.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ertəsi gün Əskəranda Ağdam sakinləri dinc etiraz etdilər. Həmin gün ermənilər dinc etirazçılara atəş açdı və bununla da ilk qan töküldü.

Politoloq vurğulayıb ki, əslində Dağlıq Qarabağ münaqişəsi Mixail Qarbaçovun "perestroyka" dövründə yeni fazasına daxil olmuşdu.

M. Əhmədoğlu vurğulayıb ki, 80-ci illərdə bütün dünya erməniləri müdafiə edirdi. ABŞ Konqresi ermənilərin diktəsi ilə sənədlər qəbul etmişdi: “Bu sənədlərə əsasən guya biz yəhudiləri, gürcüləri öldürmüşük”.

Politoloq vurğulayıb ki, Spitak zəlzələsinin nəticələrinin aradan qaldırılması ilə bağlı Ermənistana iqtisadi yardım göstərilirdi.

Politoloq deyib ki, Azərbaycan SSRİ-dən sıfır büdcə ilə çıxmışdı. Lakin Ermənistan dotasiya hesabına dolanırdı. Münaqişə başlayanda ermənilərin 8 milyard dollara qədər büdcəsi var idi.

Politoloq deyib ki, Spitak zəlzələsi üçün gələn vəsaiti ermənilər müharibəyə sərf etdi. M. Əhmədoğlu bildirib ki, lakin indi Ermənistanın geosiyasi müttəfiqi yoxdur: “Azərbaycanın isə geosiyasi müttəfiqləri var, 43 milyard dollar vəsaiti var. Ermənistanın isə 8 milyard dollar borcu var. Həmçinin dünya erməniliyi zəifləyib".

20.02.2018 12:30 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo