Keçmiş məhkumdan Kalaşnikov aşkar edilib

AZADİNFORM. Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən “AKM” markalı avtomat, 20 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sutsatı bir neçə ay bundan əvvəl Balaxanı qəsəbəsində tapdığını və həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

20.02.2018 12:40 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo