Məcburi dövlət sosial sığortası üzrə 364 milyon manatdan çox ödənilməyən borc var

Bu gün Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclası keçirilib.

Məlumata görə, iclasda Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qanun layihəsi barədə məlumat verib. 

O qeyd edib ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. 
Nazir müavini bildirib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. Onun  sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. İ. İsayev qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var. Onun sözlərinə görə, bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur. 
Nazir müavini vurğulayıb ki, bunun da 282,6 milyon manatı əsas borclar, 81,8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir. 
İ. İsayev deyib ki, bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək. (apa)

20.02.2018 12:09 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo