DİN çörəkbişirmə sexində baş verən partlayışla bağlı məlumat yayıb

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi (DİN) Abşeronda çörəkbişirmə sexində partlayış barədə məlumat yayıb. 

DİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kvm. olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılıb, eləcə də 50 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

20.02.2018 11:45 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo