58,2 qram qızılı ölkəyə qanunsuz olaraq keçirmək istəyən qadın saxlanıldı

Samir Soltanov/AZADİNFORM. Azərbaycana qaçaqmal yolu ilə qızıl-zinət əşyaları keçirən qadın saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib. 

Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkar olunub. 
Faktla bağlı araşdırma aparılır.

20.02.2018 11:30 / Baxılıb: 216 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo