Silvester Stallonenin ölüm xəbəri yayılıb - Foto

Samir Soltanov/AZADİNFORM. İtaliyan əsilli amerikalı aktyor Silvester Stallonenin ölüm xəbəri yayılıb. 

Azadinform xəbər verir ki, tanınmış aktyorun ölüm xəbəri ilə sosial şəbəkələr çalxalanıb. Bəziləri “Stallone “Facebook”da öldü, “Twitter”də yaşayır” iddiaları ilə şərhlər yazdı. Belə olduqda, S. Stallone şəxsi sosial şəbəkə hesabından yayılan məlumatı təkzib etdi. 71 yaşlı aktyor həyatta olduğunu vurğulayaraq bildirib ki, bu yersiz xəbərlərə aldanmayın: “Yaşayıram. Xoşbəxt və sağlamam. Hələ də yumruq atmağa davam edirəm”.

Qeyd edək ki, 71 yaşlı aktyor həm də, ssenarist, kinorejissordur. O karyerası illərində “Rocky Balboa” və “Rambo” kimi əfsanələrdən başqa, bir çox rollara da can verib.

20.02.2018 10:55 / Baxılıb: 374 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo