Silvester Stallonenin ölümü təkzib edildi

Hollivud aktyoru Silvester Stallonenin yaxınları aktyorun sosial şəbəkədə yayılan ölüm xəbərlərinə münasibət bildirib.

Azadinform xəbər verir ki, internetdə yayılan məlumatlarda bildirilir ki, 71 yaşlı aktyor guya prostat vəzi xərçəngindən vəfat edib.

Qeyd olunur ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib.

"Qardaşımın ölümü barədə yayılan xəbərlər yalandır. Hansı xəstə, amansız düşüncə sahibi belə bir şey fikirləşə bilər? Bunu edən insanlar ağılsızdırlar və cəmiyyətdə onlara yer yoxdur", — deyə Stallonenin musiqiçi qardaşı Frenk Stallone "Twitter"də yazıb.

Yeri gəlmişkən aktyor fevralın 14-də məşq zalından öz şəklini paylaşıb.

19.02.2018 23:37 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo