Əsəd rejimi terrorçulara dəstək üçün Afrinə girsə, kimsə bizi dayandıra bilməz

 

Samir Soltanov/AZADİNFORM. Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PYD/YPG və Əsəd rejimi arasında Afrinlə bağlı əldə edilən razılaşmaya və rejim qüvvələrinin bir neçə saat ərzində Afrinə daxil olaağı barədə yayılan məlumatlara aydınlıq gətirib. 

 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Çavuşoğlu “Zeytun budağı” əməliyyatında məqsədin Afrini PYD/YPG-dən təmizləmək olduğunu bildirib: “Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir: “Əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur. Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”. 
Qeyd edək ki, Suriya dövlət televiziyası Əsəd rejiminə bağlı qüvvələrin bir neçə saat ərzində Afrinə daxil olacağı haqqında məlumat yayıb. Məlumatı rejimin rəsmi xəbər agentliyi olan SANA təsdiqləyib.

19.02.2018 15:15 / Baxılıb: 621 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo