Azərbaycan prezidenti təyyarə qəzası ilə bağlı iranlı həmkarına başsağlığı verib

AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyev bu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

Azadinform-un məlumatına görə, prezident İlham Əliyev İrand sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri olduqca kədərləndiyini bildirib.

Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. 

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb. 

18.02.2018 16:36 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo