Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 üsul

Üz dərisi gündəlik istifadə etdiyimiz kosmetik vasitələrdən sonra təravətini itirir. Dəri parlaq yox, yorğun görünür. 

Azadinform ölü dəri hüceyrələrini yox edəcək vasitələr təqdim edir:

1. Dəriyə mağazadan alınan skrablar əvəzinə evdə qulluq edin. Özünüz soda, duz və ya şəkər tozundan skrab hazırlayıb üzünüzə çəkin. Ona bir az bitki yağı töküb üzünüzü silin. Sonra isti su ilə yuyun.

2. Allergiyası olmayanlar limon şirəsindən istifadə edə bilərlər. O, dərini ağardacaq, ölü hüceyrələri təmizləyəcək. Limon şirəsini xama və ya balla qarışdırıb üzünüzə maska edin. 

3. Əzvay (aloe) yarpağını gündə iki dəfə üzünüzə sürtün. 

4. Tərkibində C vitamini olan soğan dəridəki piqment ləkələri yox edir. Yarım soğan suyu üzünüzə çəkib 10 dəqiqə saxlayın. Daha sonra yuyun.

5. Qatıq da dərini müalicə edən ən gözəl vasitələrdəndir. Qatığı üzə çəkib, sonra ilıq su ilə yuyun.

18.02.2018 16:48 / Baxılıb: 701 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo