Netenyahu İranı təhdid etdi

İsrail İranın Suriyada fəaliyyət göstərə, möhkəmlənə bilməməsi üçün bütün gücünü sərf edəcək.

Azadinform-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransında İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.

B. Netenyahu deyib ki, İranın Suriyada niyyəti aydındır: "İran Tehranla Tartusu birləşdirmək və vahid dövlət yaratmaq istəyir. İsrail İranın Suriyada hərbi fəaliyyətinin qarşısını alacaq. İran Suriyada baza yaratmaq istəyir. İranın Suriya münaqişəsinə aktiv müdaxiləsi İsrailin situasiyaya müdaxilə etməmək  barədə qərarını dəyişir. Əgər Suriya prezidenti Bəşər Əsəd İrana Suriya ərazisinə daxil olmağa icazə verirsə, bu, bizim mövqeyi dəyişir".

B. Netenyahu İranın Yaxın Şərqdəki fəaliyyətinin müəyyən dərəcədə İsraillə ərəblərin yaxınlaşmasına kömək edib: "İranın hərəkətində bir müsbət amil var ki, bu hərəkət ərəblərlə israilliləri yaxınlaşdırır. Belə halda bizə israillilərlə fələstinlilər arasında sülhə nail olmaq olar".

İsrail baş naziri sanksiya nəticəsində siyasətini dəyişmədiyini və regionda "təhlükəli oyunçu" olaraq qaldığını vurğulayıb. 

18.02.2018 16:11 / Baxılıb: 260 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo