Abşeronda 16 yaşlı qızı avtomobil vurub

Abşeronda baş vermiş yol nəqliyyat hadisəsində 16 yaşlı qız xəsarət alıb.

Məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Saray qəsəbə sakini Bəyaz İlham qızı Tarverdiyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, məktəblinin vəziyyəti hazırda qənaətbəxşdir.

Hadisədən sonra sürücü məsuliyyətə cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. (report)

18.02.2018 15:21 / Baxılıb: 359 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo