İranda təyyarə qəzasının səbəbi məlum oldu

İranda baş vermiş təyyarə qəzasının səbəbi məlum olub.

Azadinform xəbər verir ki, bu barədə "Press TV" "Aseman Airlines" şirkətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarə Dena dağına çırpılıb. Qeyd edək ki, həmin ərazidə əlverişsiz hava şəraiti hökm sürür. Bu səbəbdən də İran mətbuatı xilasedicilərin olduğu vertolyotun təyyarənin qəzaya uğradığı ərazidə eniş edə bilmədiyini xəbər verib.

Hadisə zamanı təyyarədə 66 nəfər olub. Onların hamısı qəzada ölüb.

18.02.2018 15:06 / Baxılıb: 287 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo