Bakının iki avtomagistralında sürət həddi endirilib

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektindən Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədə Azadinform-a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

18.02.2018 14:35 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo