"İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşları olmayıb"

Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlanacağını qeyd edib.

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb. (apa)

18.02.2018 13:58 / Baxılıb: 361 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo