20 yaşlı qadın dərmandan zəhərlənib

Gədəbəy rayonunda psixoloji problemləri olan qadın dərmandan zəhərlənib.

Hadisə İnəkboğan kəndində baş verib. 

Kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Abbasova istifadə etdiyi həbləri həddindən artıq çox qəbul etdiyindən zəhərlənib. Ağır halda xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib. Onun vəziyyəti orta ağırdır. 

Yaxınları qadının psixoloji problemlərinin olduğunu və bu səbəbdən əsəbə qarşı dərman preparatlarını normadan artıq qəbul etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır. (apa)

18.02.2018 13:05 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo