Venesuelada təyyarə evin üzərinə düşüb, 1 nəfər yanaraq ölüb

Şənbə günü Venesuelanın Bolivar ştatında kiçik təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində bir nəfər həyatını itirib.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

"Cessna" təyyarəsi evin üstünə Südad-Bolivar şəhərində düşüb. Ardınca hadisə yerində yanğın başlayıb.

Xilasedicilərin ilkin məlumatına görə, təyyarənin pilotu yaralanıb, onun sərnişini - təyyarənin məxsus olduğu şirkətin sahibi alovda yanaraq ölüb.

18.02.2018 12:36 / Baxılıb: 221 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo