Afrində 2 türk hərbçisi həlak olub

Fevralın 17-də PKK, PYD/YPG terrorçuları ilə döyüşlər zamanı 2 Türkiyə hərbçisi həlak olub, biri isə yaralanıb.

Azadinform-un Türkiyə Baş Qərargahına istinadən verdiyi xəbərə görə, hərbçilərdən biri Suriyanın Afrin bölgəsində aparılan əməliyyat zamanı, digəri isə Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda şəhid olub.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

18.02.2018 10:45 / Baxılıb: 364 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo