"Barselona" İspaniya çempionatında öz rekordunu təkrarlayıb

"Barselona" futbolçuları La Liqanın 24-cü tur oyununda "Eybar"ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.

Azadinform xəbər verir ki, "Eybar"a qarşı keçirilən matç (2:0) "Barselona" üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub.

Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.

"Barselona" cari mövsümdə İspaniya çempionatının lideridir. Komadanın 62 xalı var. Baskları 10 xal geridə olan "Atletiko" izləyir.

18.02.2018 10:18 / Baxılıb: 302 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo