"Sumqayıt" "Neftçi"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Azadinform-un məlumatına görə, "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Tural Axundov açıb. Bundan 4 dəqiqə sonra Amil Yunanov fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qolun vurulmadığı ikinci hissə gərgin anlarla yadda qalıb. 60-cı dəqiqədə "Neftçi"nin futbolçusu Rəşad Sadiqov "Sumqayıt"ın hücumçusu Ehtiram Şahverdiyevə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alaraq, meydandan qovulub. 68-ci dəqiqədə isə meydan sahiblərinin baş məşqçisi Samir Abasov baş hakim İnqilab Məmmədova etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 24-ə çatdıraraq, 4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 19 xalla 5-ci pillədə qalıb.

Turun son 2 oyunu fevralın 18-də keçiriləcək. Autsayderlərin mübarizəsində "Kəpəz" "Keşlə"ni qəbul edəcək. Lider "Qarabağ" isə "Səbail"in qonağı olacaq.

17.02.2018 22:09 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo