Cüdoçularımız 2 qızıl, 1 gümüş medal qazanıb

Avstriyada Avropa açıq birinciliyi keçirilir. Yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 2 qızıl və bir gümüş medal əlavə edib.

Azadinform xəbər verir ki, təmsilçilərimizdən Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) qızıl medala sahib olublar. Telman Vəliyev (73 kq) isə gümüş medal əldə edib.

Qeyd edək ki, 42 ölkədən 285 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 18 cüdoçu ilə təmsil olunur.

17.02.2018 21:32 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo