GUAM ölkələrinin baş nazirlərinin sammiti Moldovada keçiriləcək

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili bu ilin iyunun 21-də Moldovada keçiriləcək GUAM sammitində iştirak edəcək.

Bu barədə G. Kvirikaşvilinin 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində moldovalı həmkarı Pavel Filiplə keçirdiyi görüşdə bildirilib.

Görüşdə G. Kvirikaşvili Gürcüstanın Moldovanın GUAM-a sədrliyi çərçivəsində fəal əməkdaşlığa dəstək verməyə hazırlığını ifadə edib. 

Tərəflər həmçinin ikitərəfli münasibətlər, Avrointeqrasiya və hər iki ölkədə həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparıb. Baş nazirlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu olduğunu vurğulayıblar.

Qeyd edək ki, 2018-ci ildə GUAM təşkilatına Moldova sədrlik edəcək. (apa)

17.02.2018 20:23 / Baxılıb: 216 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo