Azərbaycan Premyer Liqasında XVI tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib. 

Azadinform-un məlumatına görə, turun açılış oyununda "Qəbələ" ilə "Zirə" komandaları üz-üzə gəlib. 

Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Hərçənd hesabı 39-cu dəqiqədə "Zirə"nin yeni transferi Aleksandr Dedov açıb. Lakin fasilədən sonra meydan sahibləri hesabı öz xeyirlərinə dəyişməyə müvəffəq olublar. 55-ci dəqiqədə Stiven Monroz, 64-cü dəqiqədə isə Baqali Dabo fərqlənib. Beləliklə, "Qəbələ" 2:1 hesablı qələbə sayəsində xallarını 35-ə çatdıraraq 2-ci pillədə möhkəmlənib. "Zirə" isə 31 xalla 3-cü pillədə qalıb. Digər tərəfdən, Dabo qollarının sayını 10-a çatdıraraq bombardirlər siyahısında liderliyini möhkəmləndirib.

Qeyd edək ki, günün digər oyunu saat 18:30-da başlanacaq. "Kapital Bank Arena"da "Sumqayıt"la "Neftçi" komandaları üz-üzə gələcək.

17.02.2018 19:36 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo