Prezident seçkilərini müşahidə etmək üçün MSK-ya 6 müraciət daxil olub

"Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına 6 müraciət daxil olub". 

Azadinform-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

M. Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib: "Biz çalışırıq ki, müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olsa, bu, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir”.

17.02.2018 18:45 / Baxılıb: 309 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo