"Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər"

"Ankara Suriyada müharibə aparmır, söhbət terrorçuluqla mübarizədən gedir".

Azadinform-un məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.

"Suriyada müharibə yoxdur. Bu, terrorçuluqla mübarizədir. Bu mübarizədə Türkiyə ilə yanaşı koalisiya tərkibində 62 ölkə, habelə Rusiya və İran iştirak edir", - deyə o vurğulayıb.

B. Yıldırım onu da qeyd edib ki, Suriya və İraqda bir terror təşkilatı zərərsizləşdirilsə də, hazırda terrorçular yeni ad altında birləşiblər. Onun sözlərinə görə, terrorçular qanunsuz yolla, o cümlədən internet vasitəsi ilə əldə etdikləri Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər.  

17.02.2018 18:37 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo