Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

AZADİNFORM. Özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

Azadinform-un Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda araşdırmalar davam edir.

17.02.2018 17:54 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo